Tünzalə Ağayeva “TRT Müzik” kanalında veriliş aparacaq

Tünzalə Ağayeva “TRT Müzik” kanalında veriliş aparacaq Türkiyənin Azərbaycandakı səfirliyində əməkdar artist Tünzalə Ağayevanın mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, mətbuat konfransında sənətçinin konsertlərindən, kliplərindən ibarət, “TRT Müzik” tərəfindən hazırlanan videoçarx nümayiş olunub.


Müğənni jurnalistlərə açıqlamasında bildirib ki, yaxın vaxtlardan etibarən "TRT Müzik" kanalında "Bir səsin cazibəsi" adlı veriliş hazırlayacaq. T. Ağayeva deyib ki, TRT ilə müqaviləsinin müddəti 13 həftəlikdir: “Təklif məni çox sevindirdi və təbii ki, danışıqlardan sonra qəbul etdim. Azərbaycandan ilk sənətçiyəm ki, "TRT Müzik"də veriliş aparacağam. Əlbəttə, bu, mənim üçün şərəfdir. Çalışacağam ki, müqavilə müddətini işimizdən asılı olaraq artıraq. İnanıram ki, bu layihə Türkiyə ilə Azərbaycan mədəniyyəti arasında körpü rolunu oynayacaq, hər iki ölkəyə uğur gətirəcək”.


Əməkdar artist əlavə edib ki, proqram şənbə günləri Türkiyə vaxtı ilə saat 11:00-da yayımlanacaq: “Biz yerli kanallardan biri ilə danışıq aparmışıq və həmin proqram bizim kanallardan birində də yayımlanacaq. 75 dəqiqəlik verilişin hazırlanmasında məqsəd Azərbaycan sənətçilərini Türkiyədə tanıtmaqdır”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53