"Maserati" 20 min maşını geri çağırdı

"Maserati" 20 min maşını geri çağırdı "Maserati" Çindən 20 min avtomobilini geri çağırıb.


Live.az-ın ANS-ə istinadən verdiyi məlumata görə, buna səbəb kimi avtomobillərdəki bəzi qüsurları göstərilib.


Şirkət tərəfindən Çinin keyfiyyətə nəzarət və karantin müfəttişliyinin baş idarəsinə ünvanlanan məktubda avtomobillərin arxa təkər qurğularında problem olduğu barədə məlumat verilib.


Bildirilib ki, bu problemlər səbəbindən avtomobil sürücüləri yolda idarəetməni itirə bilər ki, bu da yollarda ağır nəticələrə gətirib çıxarar. Geri qaytarılması üçün çağırılan avtomobillər "Quattroporte" və "Ghibli" modelləridir. Bu avtomobillər 2013-cü ilin 22 mart və 29 oktyabr 2015-ci illər aralığında istehsal edilib.


Avtomobillərin geri qaytarılmasına iyunun 13-də başlanılacaq. Avtomobil istehsalçısı məhsullarındakı qüsurları ödənişsiz olaraq aradan qaldıracağına dair söz verib.


Martın sonunda İtaliyanın avtomobil istehsalçısı Maserati lüks qrupuna daxil olan "Fiat Chrysler" də konstruksiyalarındakı qüsurlara görə 20 min 842 avtomobilini Çindən geri çağırıb. Qüsur avtomobillərin qaz pedalının düzgün dizayn edilməməsi ilə bağlıdır.шаблоны для dle 11.2
Şərhlər
Avtomobil bölməsinin xəbərləri

Mercedes-dən tarixi rekord

  • 24 янв, 22:36