Bakıda klassik avtomobillərin paradı keçirilib [Foto]

Bakıda klassik avtomobillərin paradı keçirilib [Foto] Azərbaycan Avtomobil Federasiyası (AAF) noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə klassik avtomobillərin paradını və sərgisini təşkil edib.

Live.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısından start götürən və Dövlət Bayrağı Meydanınadək davam edən yürüşdə Arzu Əliyeva və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, eləcə də klassik avtomobil həvəskarları iştirak ediblər.

Paradda 70-dən artıq klassik avtomobil iştirak edib. Tədbirə klassik avtomobil sahibi olan şəxslər də qoşulublar. Klassik avtomobil həvəskarları AAF-ın çağırışına qoşularaq Dövlət Bayrağı Gününə həsr olunmuş yürüşdə iştirak ediblər.

Xatırladaq ki, AAF klassik avtomobil sahiblərini parada iştirakçı kimi dəvət edib. 1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri noyabrın 8-dək qeydiyyatdan keçiblər.

Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş klassik avtomobillər paytaxt küçələri ilə yürüş edərək sakinlərin bayram ovqatını artırıb. Yürüş Dövlət Bayrağı Meydanında başa çatıb.

Paradın davamı olaraq, Dövlət Bayrağı Meydanında klassik avtomobillərin sərgisi keçirilib. Paytaxt sakinləri və şəhərimizin qonaqları nadir eksponatlarla tanış olublar.

Şərhlər
Avtomobil bölməsinin xəbərləri