Bizi iki meteor yağışı və tam bədirlənmiş Ay fenomeni gözləyir

Bu ay Şimal yarımkürəsinin gecə səmasını iki meteor yağışı və tam bədirlənmiş Ay işıqlandıracaq. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Geminid “ulduz yağışı” dekabr ayının 14-dən 17-nə qədər fəal olacaq. Bu zaman “ulduz yağışı”nın sayının daha çox - saatda 120 olacağı gözlənilir. Bu ecazkar səma hadisəsini daha aydın Əkizlər bürcü zonasında müşahidə etmək mümkün olacaq.

Dekabrın 14-nə, həmçinin bu il üçün üçüncü tam bədirlənmiş Ay təsadüf edəcək.

Dekabrın 22-də isə Ursida meteor axını müşahidə oluacaq. Bu zaman saatda 10 "düşən ulduz" gecə səmasını bəzəyəcək. Ulduz yağışı Kiçik Ayı bürcü "fonunda" baş verəcək.шаблоны для dle 11.2
Şərhlər
Maraqlı bölməsinin xəbərləri