İsveçrədə bütöv bir kənd hotelə çevrilir

İsveçrədə bütöv bir kənd hotelə çevrilir



İsveçrənin ən kiçik kəndini hotelə çevirməyə hazırlaşırlar.

Tiçino kantonundakı Korippo adlı balaca kəndin əsası 6 əsr bundan əvvəl qoyulub. Lakin hazırda bu kənddə cəmi 16 nəfər yaşayır, hamısı da ahıl adamlardır.

Live.Az LifeNews-a istinadla bildirir ki, İsveçrənin hakimiyyət orqanları bu qədim kəndi xilas etmək üçün orada mehmanxana yaratmağı, buraya gələn turistlərə mehmanxana nömrələri əvəzinə yerli sakinlərin tərk edib getdiyi evləri təklif etməyi qərara alıblar. Kənddəki binalar qaydaya salınacaq, bərpa olunacaq, müasir sanitariya texnikası ilə təchiz olunacaq. Yeni hotelin qeydiyyat otağı yerli barda yerləşəcək.

Tiçino kantonu üzrə turizm ofisinin rəhbəri Elia Frappollinin sözlərinə görə, bu kənd müasir həyatın gərgin ritmindən uzaqlaşıb, sakit istirahət etmək istəyənlər üçün əla məkan olacaq.


Daha ətraflı rus dilində oxuya bilərsiz: Швейцарская деревня, где осталось всего 16 жителей превратится в отель [LifeNews]шаблоны для dle 11.2
Şərhlər
Maraqlı bölməsinin xəbərləri