“İkinci Pərdə” filminin treyleri təqdim olundu

“İkinci Pərdə” filminin treyleri təqdim olundu




Alov Qüllələrində yerləşən Park Cinema kinoteatrında “İkinci Pərdə” filminin treyleri jurnalistlərə təqdim olundu. 16 noyabr tarixindən böyük ekranda yayımlanması gözlənilən filmin Rejissoru Emil Quliyev, Baş Prodüseri isə Orxan Mərdandır.

Treyler jurnalistlər tərəfindən böyük maraqla qarşılanmışdır. Belə ki, filmin sujeti xəyanət üzərində qurulub. Evdə həyat yoldaşını başqa kişi ilə görən ər daha sonra hansi addımları atacaq? Bu tamaşaçıya məlum deyil.

Filmdə baş rollarda Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov və başqaları çəkilib. Ziya Ağa, Rövşən Ağayev, Elşən Hacıbabayev, Gülnarə Abdullayeva, Səbinə Məmmədova, Cəmilə Tağızadə, Zəhra Rüstəmova, Zaur Şəfiyev, Azər Aydəmir, Tural Əhməd də filmin aktyor heyətinə daxildir. Ssenari müəllifləri Pərviz Həsənov, Emil Quliyev, Orxan Mərdandır.

Qeyd edək ki, Emil Guliyevin daha öncə çəkdiyi “Pərdə” filmi qohum evliliyi, övlad-valideyn münasibətləri kimi ağır sosial mövzülara toxunmuş və izləyicilər tərəfindən birmənalı qarşılanmamışdır. “İkinci Pərdə”nin də eyni səs-küyə səbəb olacağı gözlənilir.




“İkinci Pərdə” filminin treyleri təqdim olundu
шаблоны для dle 11.2
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri