""Maşın" şou: Xanımlar vs Cənablar": Mehriban Xanlarova ikinci dəfə səs vermədə uduzdu

""Maşın" şou: Xanımlar vs Cənablar": Mehriban Xanlarova ikinci dəfə səs vermədə uduzdu



Əməkdar artist Murad Dadaşovun təqdimatında “Xanımlar vs cənablar” şüarı ilə, “ATV” telekanalında yayımlanan “Maşın” şounu növbəti iştirakçı tərk edib.


Live.az xəbər verir ki, şounun növbəti günü iştirakçılar reper Elşad Xoseni SMS səsverməsinə çıxarıblar.


Tamaşaçılara səslənən Elşad Xose Raufun yarım qalan işini davam etdirəcəyini bildirib və qazanacağı təqdirdə aktrisa Mehriban Xanlarovanı şoudan uzaqlaşdıracağını bəyan edib.


İlk günlər 9 kişiyə sərt mesajlar atan Mehriban Xanlarova, Raufla ilk qarşıdurmadan sonra solmuşdu. Oyun strateqiyasını tam dəyişmişdi.


Mübarızədə uduzub, ancaq oyunda qalan aktrisa, əvvəlcə həstəliyinin olduğunu bilidirərək, Raufla mübarizədən yayınmaq istədi, sonra isə anasının lal olduğunu və anasının bu oyunlara baxıb həyacanlı olacağının bildirdirib, Xose ilə oyundan yayınmaq istədi.


Baxmayaraq ki, Raufla ilk mübarizədə canli yayımda müğəninin teatrda qovulduğunu bildirsə də, ikinci qarşıdurmada gənclərə həmişə dəstək olduğunu bildirirdi və ona seçimini dəyişməyə çağırırdı.


Hər cürə metodlarda istifadə etməyə çalışan aktrisa, sonda öz oyununun qurban oldu.


Xatun özünün də hədəf olduğunu ehtimal edib, getsinə səs istəyib. Başqa iştirakçılar neytral qalıblar.


Tamaşaçılardan 74,82 faiz səs toplayan Elşad Xose və uzun çıxışdan sonra Mehriban Xanlarovanın uzaqlaşdırıb.


Sonda Mehriban Xanlarova ilə vidalaşan Elşad Xose, baş əyib və bir-birinin qulağına uzun-uzadı nəsə deyiblər.


Qeyd edək ki, şouda 3 cənab və 3 xanım qalıb. Şounun final mərhələsinə yalnız 3 nəfər iştirak edə bilər.


шаблоны для dle 11.2
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Model Könül Əziz ana olub

  • 16 ноя, 10:28