Azərbaycanda builki qış turizmi ilə bağlı proqnoz

Azərbaycanda builki qış turizmi ilə bağlı proqnoz



Bu ilin qış turizm mövsümü ərzində Azərbaycana ilk növbədə Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələrinin vətəndaşlarının turist kimi səfər edəcəyi gözlənilir.

Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Trend-in sualına cavab olaraq, deyib ki, istər yay, istərsə də qış turizmi mövsümündə Azərbaycanda hədəf ölkələr hədəf bazarları sayılırlar: "Bu ölkələr ilk növbədə Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələridir. Son vaxtlar ərəb ölkələrindən Azərbaycana turist axını intensiv şəkildədir. Bu axınların mövsümü yoxdur. Onlar həm yayda, həm də qışda Azərbaycana gəlirlər”.

Nazir müavini qeyd edib ki, dünya praktikasında da yay turizm mövsümü qış turizm mövsümü ilə müqayisədə daha güclü olur: "Yayda istənilən ölkəyə, o cümlədən Azərbaycana da daha çox turist gəlir".

N.Səmədov qeyd edib ki, bu ilin iyun-avqust ayları ərzində rayonlara 860 mindən çox Azərbaycan vətəndaşı səfər dib: "Bu ilin 8 ayı ərzində isə bu rəqəm 1 milyon 200 min nəfər olub. Yəni, yay ayları üzrə olan göstərici 8 ayın göstəricilərinin 70 faizini təşkil edir".шаблоны для dle 11.2
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri