"Maşın" şounun finalçıları məlum oldu

"Maşın" şounun finalçıları məlum oldu




Əməkdar artist Murad Dadaşovun təqdimatında “Xanımlar vs cənablar” şüarı ilə, “ATV” telekanalında yayımlanan “Maşın” şounu növbəti iştirakçı tərk edib.


Live.az xəbər verir ki, şounun növbəti günü iştirakçılar Ilkin Misgərlini SMS səsverməsinə çıxarıblar.


Səs vermə nəticəsində qutudan "Bozbash Pictures"dən Qılman kimi tanıdığı İlkin Misgərlinin şəkli daha çox sayda çıxdı.


O, səs toplayacağı təqdirdə müğənni Talıb Talehi oyundan kənarlaşdıracağını bildirdi. T.Taleh isə bu seçimin gözlənilməz olduğunu və aktyorun ondan qorxduğu üçün belə qərar verdiyini söylədi. İlkin də həmçinin dedi ki, müğənini özü üçün güclü rəqib bildiyindən onu oyundan kənarlaşdırmağı hədəf seçdi.


Şounun sonunda səsvermə nəticələri açıqlandı və İlkin getsinə daha çox səs toplayıb, yarışı tərk etməli oldu.


Beləliklə, finalda Vüsalə Əlizadə, Xatun Əliyeva və Talıb Taleh mübarizə aparacaqlar.шаблоны для dle 11.2
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Model Könül Əziz ana olub

  • 16 ноя, 10:28