Vüsalə Əlizadə “Maşın” şounu tərk etdiyi an [Video]

Vüsalə Əlizadə “Maşın” şounu tərk etdiyi an [Video]



Murad Dadaşovun təqdimatında “Xanımlar vs cənablar” şüarı ilə, “ATV” telekanalında yayımlanan “Maşın” şounu finalı davam edir.


Live.az xəbər verir ki, üç finalistdən biri olan Vüsalə Əlizadə səhhəti ilə əlaqədar könüllü əlini maşından çəkib.


Əvvəlcə teleaparının ailəsindən sujet təqdim olunub. Vüsalənin anası Lütfiyyə Əlizadə qızının səhhətindən narahat olduğunu söyləyib və göz yaşlarını saxlaya bilməyib:


“Qızım iradəlidir. O şouya gedəndə razı olmadım, səhhəti ilə bağlı narahat idim. Amma mənə söz verdi ki, səhhətində problem olsa qayıdacaq. Birinci canı sağlam olsun, balasının yanına gəlsin”.


Daha sonra TV ulduzunun qızı Dilək anası üçün çox darıxdığını deyib və ona hədiyyə göndərib:


“İstəyirəm ki, anam burda olsun. Efirdə anam danışanda onu öpürəm. Bunu verərsiz anama, o mənim ürəyimdir”.


Sujet yayımlanan zaman Əlizadə ağlamağa başlayıb və layihənin aparıcısı Murad Dadaşov Diləyin hədiyyəsini ona təqdim edib.


M.Dadaşov Vüsalənin mübarizəyə son qoyduğunu elan edib.


Bundan sonra canlı efirdə aparıcının maşından əlini çəkməsini əks etdirən görüntülər yayımlanıb.


Qeyd edək ki, maşın uğrunda Xatun Əliyeva və Talıb Tale mübarizə davam etdirir.


шаблоны для dle 11.2
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Model Könül Əziz ana olub

  • 16 ноя, 10:28