Vüsalə sərt danışdı: Günel Pişik könüb arxasına baxsın [Video]


Live.az xəbər verir ki, teleaparıcı Vüsalə Kərimovanın qafqazinfo-ya müsahibəsi:

- “Maşın” realiti şousunun ən yaddaqalan iştirakçılarından biri olduz. Tez-tez avtomobil ətrafında qalmaqal yaşadız, mübahisələr etdiz. Nədənsə şoudakı qalmaqal real həyata keçdi. Yarışmada qarşıdurma yaşadığınız Günel Ələkbərova “Maşın”dan gedəndən sonra sizinlə bağlı ittihamlar səsləndirdi. Sizin Günelin ittihamlarına münasibətiniz necədir?

- Mübahisə zamanı otaqda bir söz işlətdim. Bu söz sən demə ismətli, abırlı, həyalı və qız uşağı kimi gəlin gedən Günel xanımın xətrinə çox pis dəydi. Mən sizi əmin edirəm ki, Günelin bu yaşa kimi eşitdiyi ən tərbiyəli söz mənim dediyim idi. O qədər əxlaqsız sözlər eşidib ki, mənim dediyim onun üçün elə-belə şey idi. Özü-özündən çıxdı. Elə başa düşdü ki, camaat onu tanımır. Belə yerdə deyirlər: “Tülkü kola girir, quyruğundan xəbəri yoxdur”. Sən məni oğlumla yaşıd hansısa bir kişiylə tutmusan? Oğlumun 17 yaşı var. Əgər söhbət Yaşardan gedirsə (Red: müğənni Yaşar Cəlilov)  onun 17 yox, 28 yaşı var. Demək söhbət başqa adamdan gedir. O başqa adamı görmək istəyirəm. Günel xanımın gördüyü adamı görmək istəyirəm. Oğlum Türkiyədən mənə mesaj yazdı ki, ana bu, nədir, ağzına gələni danışırlar.

Bir o sözə görə Güneli həyata baxışına peşman edərəm. Deyib ki, oteldə birini masaj etmişəm. Kimi masaj etmişəm? Günel, sən öz əxlaqınla mənim əxlaqımı bir tutursan? Sən mənim əxlaqıma çata biləcək adam deyilsən. Səndə əxlaqın “ə” hərfi yoxdur. “Pişik” Güneldən nə gözləyə bilərsən? O, qoltuğuna nikah şəhadətnaməsini vurub şellənir, arxasında olanlardan xəbəri yoxdur. Təklif edirəm ki, boyunu çevirib geriyə baxsın. Görsün ki, arxasında nələr töküb gəlib? Toyundan 10 gün əvvəl Fərrux adındakı nişanlısı onu qoyub qaçmışdı. Bir il sonra müsahibə vermişdi ki, Günel mənə xəyanət etdi. Toyundan 10 gün qabaq nişanlısına xəyanət etdiyi üçün oğlan qaçmışdı. Hələ Bakıda ev kirayə götürüb kimlərlə qaldığı illərə qayıtsın. O insanlar arasında qızlar, ya oğlanlar qaldığına bir qayıtsın.




шаблоны для dle 11.2
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Model Könül Əziz ana olub

  • 16 ноя, 10:28