Mehriban Xanlarova: “Onlar mənlə məhkəmədə görüşəcək”



Əməkdar artist Mehriban Xanlarova “APA TV”-nin “Show time” verilişində qonaq olub. 


LIVE.az-ın məlumatına görə, tanınmış aktrisa veriliş zamanı şou-biznes əhlinə xəbərdarlıq edib. O bildirib ki, bu gündən etibarən onun barəsində mənfi fikir söyləyən tanınmışlar məhkəməlik olacaq: 


“Heç bir şou əhli adımı çəkməsin. Bu onlara sonuncu xəbərdarlığımdır. Əgər birdə mənim adımı çəkmədən barəmdə təhqirlər yazan, sənətim barədə pis fikirlər bildirən tanınmışlar olsa, onlarla məhkəmədə görüşəcəyik. Əgər mənlə məhkəmədə görüşmək istəmirlərsə, sakitcə yerlərində otursunlar. Mənim onlarla işim yoxdur. Onların da mənlə işi olmasın. Mən heç kəsin qapısını döyüb, kimdənsə çörək pulu istəmirəm. O məni yarışda görüb, ələ salana demək istəyirəm ki, nəyimi görmüsən ki, mənə ləçər və yaxud da başqa söz deyirsən? Bəli, mən aktrisayam, özü də mükəmməl və özünə güvənən aktrisa. Şübhəniz varsa, mənə baxmayın. Mən heç kəsi məcbur eləmirəm. Mənim bostanıma daş atmasınlar ki, mən də onların bostanlarına daş  atım. Elə bilirlər ki, nəsə desələr susacam. Barəmdə nəsə deyən olsa, məhkəməyə verəcəm. Adama deyərlər ilk öncə get öz sandığını aç, gör kimsən, daha sonra barəmdə nəsə de”.


Əməkdar artist onu da əlavə edib ki, ona yarışda yalnız pərəstişkarları səs verib: “Mənim arxamda pullu kimsə dayanmayıb ki, ona güvənim. Səsi yalnız mənə pərəstişkarlarım göndərirdi. Mən onlara güvənirdim. 


Qeyd edək ki, "Show time" verilişi həftənin çərşənbə axşamı saat 15:10-da "APA TV"-də Yalçın Uğurun təqdimatında yayımlanır.



шаблоны для dle 11.2
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Model Könül Əziz ana olub

  • 16 ноя, 10:28