Hazırda maqnit qasırğası maksimum fazadadır

  


Hazırda Günəşdə qasırğa maksimum fazadadır.

Trend-in məlumatına görə, bunu AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki gündən sonra qasırğa əvvəlki vəziyyətinə qayıdacaq.

E.Babayev qeyd edib ki, Günəşdə G1 kateqoriyasına malik olan geomaqnit qasırğası baş verib. Hətta gün ərzində bu qasırğanın G2 kateqoriyalı qasırğaya keçməsi gözlənilir:

"Hazırda Kp indeksi 5-ə bərabərdir. Günəşdən öz başlanğıcını götürən qaynar günəş plazma küləyinin sürəti saniyədə 600 km-ə çatıb. Bu da nisbətən böyük rəqəmdir. Çünki sürət “sakit” hallarda 350-400 km saniyə ətrafında olur. Külək artıq dünəndən yerətrafı fazaya çatıb. Yer monitosferinin qüvvə xətlərini sıxaraq onu həyəcanlaşdırır və nəticədə qasırğa baş verir. Amma bu dəfə baş verən qasırğa heç də deyildiyi kimi, güclü deyil. Bu, təkrarlanan orta səviyyəli qasırğalardan biridir”.

E.Babayevin sözlərinə görə, dünən və bu gün baş verən geomaqnit qasırğasının səbəbi günəş səthində formalaşmış növbəti tac dəliyi ilə bağlıdır. Maqnit həyəcanlaşmasının baş verməsinə səbəb olan digər amil planetlərarası maqnit sahəsinin istiqamətidir. Planetlərarası maqnit sahəsinin Z komponenti cənuba doğru yönələrsə, maqnit həyəcanlaşması daha artmış olur. Bu gün günortaya qədər istiqamət cənubu göstərsə də, qısa müddətdə şimalı göstərib. Geomaqnit qasırğası gün ərzində davam edəcək”.шаблоны для dle 11.2
Şərhlər
Sosial bölməsinin xəbərləri