Rəsmi: Tanınmış reper Elşad Xose barəsində cinayət işi başlanıb [Yenilənib]



Tanınmış reper Elşad Xosenin polis tərəfindən saxlanılması rəsmən təsdiqlənib.
 
Live.az məlumatına görə, bu barədə KİV-də gedən məlumatlarla bağlı APA-nın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə qeyd edib ki, oktyabrın 27-də Bakı şəhər sakini Oksana Rəsulova Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gün saat 01.00 radələrində yaşadığı evdə keçmiş həyat yoldaşı, əvvəllər məhkum olunmuş Elşad Əliyev (Elşad Xose) tərəfindən xuliqanlıq zəminində döyüldüyünü və bıçaqla hədələndiyini deyib.
 
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq)  maddəsi ilə cinayət işi başlanılıb, polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib və E. Əliyev saxlanılaraq istintaqa cəlb olunub.
 
İstintaq orqanı tərəfindən hər iki şəxsin ifadələri alınıb, müvafiq ekspertizalar təyin olunub.
 
Məhkəmə tibbi ekspertizası tərəfindən O. Rəsulovanın aldığı xəsarətin yüngül dərəcəli olduğu müəyyənləşib.
 
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

///

27/10/17 21:21

Bu gün reper Elşad Xose Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Live.az məlumatına görə, bu xəbəri  “qafqazinfo” yayıb. Saxlanılmaya səbəb Xosenin keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanın ondan polisə şikayət etməsi olub. Belə ki, rəqqasə polisə müraciət edərək Xose tərəfindən döyüldüyünü bildirib.

Qeyd edək ki, Elşad Xose ilə Oksana Rəsulova 5 il öncə ayrılıb. Cütlük boşansa da, mətbuatda hər zaman dost olduqlarını bildiriblər. Hətta bu yaxınlarda reper “Maşın” realiti şousunda iştirak edəndə Oksana ona baş çəkib, İnstaqram hesabında dəfələrlə onun üçün tamaşaçılardan səs də istəyib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53
Hadisə bölməsinin xəbərləri