Ispaniya hökuməti Kataloniya parlamentini buraxıb


İspaniya hökuməti Kataloniya parlamentinin buraxılmasına dair qərar qəbul edib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İspaniyanın baş naziri Mariano Rahoy bəyan edib.
 
Onun sözlərinə yeni seçkilərin dekabrın 21-də keçirilməsi nəzərdə tutulub.  Kataloniya rəhbəri Karles Puçdemon və onun rəhbərlik etdiyi hökumət üzvləri vəzifələrindən kənarlaşdırılıblar.
 
Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumu keçirilib. Referendumda iştirak edənlərin 90 faizi müstəqilliyin lehinə səs verib. Bu gün Kataloniya parlamentində regionun müstəqilliyi barədə Bəyannamə qəbul edilib. İspaniya Senatı isə Kataloniyanın muxtariyyətini ləğv edib.шаблоны для dle 11.2
Şərhlər
Dünya bölməsinin xəbərləri