Talıb Tale atası evində


“Maşın” realiti şousunun qalibi Talıb Tale yeni avtomobili ilə ailəsinin yaşadığı Göygöl rayonuna gedib.

İfaçı sosial şəbəkələrdə müzakirələrə səbəb olan evinə gedərək atası Ələsgər Ələsgərovla görüşüb.

Atası oğlunu görən zaman göz yaşlarını saxlaya bilməyib. T. Tale ailəsinin yaşadığı sözügedən evdən danışıb:

“Bizi qınayanlar çox oldu. Dedilər ki, Talıb toylara, konsertlərə gedir. Niyə atasının evini təmir etdirmir? Vaxt olub ki, bu ərazidə toylara gəlmişik, amma öz dostlarımı evimizə gətirməyə utanmışam. Deyirdim ki, evi təmir etdirim, atam icazə vermirdi. O Bakıda da qalmaq istəmir. Bu evi təmir eləməyə dəyməz, almanlar tikib.  Şükür ki, hər şey yaxşıdır. Burada utanmalı heç nə yoxdur”.


 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53