Baş Prokurorluq: Qatardan qaçan məhkum zərərsizləşdirilib



Bakıda keçirilən xüsusi əməliyyatda iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
 
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, ötən gecə paytaxtın Qaradağ rayonu ərazisində “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində  keçirilən xüsusi əməliyyat zamanı polisə silahlı müqavimət göstərilib. Atışmada polisə silahlı müqavimət göstərən Etibar Məmmədov və İlqar Əlihümbət oğlu Əzimov məhv edilib.
 
Əməliyyat zamanı Anar Əsgərov yaralanıb.
 
1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov APA-ya açıqlamasında Anar Əsgərovun vəziyyətinin qənaətbəxş olduğunu qeyd edib. O bildirib ki, 1988-ci il təvəllüdlü A. Əsgərovun həyatı üçün həyati təhlükə yoxdur: “Güllə onun çiyin sümüyündən girib dirsəyə qədər irəliləyib. Hazırda güllə çıxarılmayıb. Qolunun sümüyü sınıb. Lazımı tibbi müdaxilədən sonra onu ifadə verməsi üçün istintaqa aparacaqlar”.
 
 
***
 
 
Bakıda qatardan qaçan məhkum, “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində noyabrın 2-nə keçən gecə xüsusi əməliyyat keçirilib.
 
Hüquq-mühafizə orqanlarının əməkdaşları onun Qaradağ rayonu ərazisində gizləndiyi yeri müəyyənləşdiriblər.
 
Həmin ünvanda keçirilən əməliyyat zamanı E. Məmmədov və yanındakı şəxslər hüquq-mühafizə orqanı əməkdaşlarına silahlı müqavimət göstəriblər. Nəticədə E. Məmmədov zərərsizləşdirilib.
 
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya E. Məmmədovun öldürülməsi faktı təsdiqlənib.
 
Xatırladaq ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
 
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.
 
Bir neçə gün əvvəl məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlar Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva və müğənni Fədayə Laçındır. Həmin şəxslər  barəsində həbs qətimkan tədbiri seçilib.
 
Bundan başqa, Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub və işdən azad edilib.

///


Noyabrın 2-nə keçən gecə Bakıda qatardan qaçan məhkum “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətindən xüsusi əməliyyat keçirilib.
 

Hüquq-mühafizə orqanlarının əməkdaşları onun Qaradağ rayonu ərazisində gizləndiyi yeri müəyyənləşdiriblər. Həmin ünvanda keçirilən əməliyyat zamanı E. Məmmədov və yanındakı şəxslər hüquq-mühafizə orqanı əməkdaşlarına silahlı müqavimət göstəriblər.


Nəticədə E. Məmmədov zərərsizləşdirilib.

 
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya E. Məmmədovun öldürülməsi faktı təsdiqlənib.шаблоны для dle 11.2
Şərhlər
Hadisə bölməsinin xəbərləri