"Wall Street Journal" FED-in yeni rəhbərinin adını açıqlayıb



Cerom Paeull Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) yeni rəhbəri olacaq. APA xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri öz mənbələrinə istinadən yazır.

C. Pauell hazırda FED-in İdarəedicilər Şurasının üzvüdür.

Jurnalın yazdığına görə, Ağ ev C. Paeulli xəbərdar edib ki, D. Tramp onun namizədliyini FED rəhbəri vəzifəsinə irəli sürəcək.

FED-in hazırkı rəhbəri Canet Yellenin səlahiyyət müddəti 2018-ci ilin fevral ayında başa çatır.

Bundan öncə D. Tramp bəyan edib ki, FED-in yeni rəhbərinin adı cümə axşamı açıqlayacaq.шаблоны для dle 11.2
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri