Çempionlar Liqası: 4 turdan sonra 20 oyun keçirən 5 inglis klubu yalnız 1 məğlubiyyətlə üzləşib



Çempionlar Liqasında IV tura yekun vurulub.


Gərginliyi ilə diqqət çəkən E qrupunda diqqətlər “Sevilya” – “Spartak” matçına yönəlib. Öz meydanında rəqibini darmadağın edərək liderliyi bölüşən Moskva təmsilçisi İspaniyada məğlubiyyətlə barışmalı olub. “Liverpul” isə gözlənildiyi kimi “Maribor”u növbəti dəfə məğlub edərək, zirvədə qalıb.
 
F qrupunda rəqib tanımayan “Mançester Siti” İtaliyada "Napoli"nin qonağı olub. “Şəhərlilər” 4:2 hesablı qələbə ilə 1/8 finala yüksəlib. Neapollular isə işini çox çətinə salıb. “Şaxtyor” doğma azarkeşləri önündə “Feyenoord”a qalib gəlib, vəziyyətini yaxşılaşdırıb.
 
G qrupunun lideri “Beşiktaş” sona 2 tur qalmış adını növbəti mərhələyə yazdırmaq şansını əldən verib. Türkiyə çempionu öz meydanında autsayder “Monako” ilə heç-heçə oynayıb. Qrupun digər matçında “Leypsiq” “Porto”ya uduzduğu üçün istanbullulara 1 xal bəs etməyib.
 
Günün ən böyük maraq doğuran görüşü Londonda oynanılıb. Bu oyuna qədər H qrupunda eyni xalla liderliyi bölüşən “Tottenhem”lə “Real” münasibətlərinə aydınlıq gətiriblər. Qalib gələn meydan sahibləri təkcə liderliyi ələ keçirməyib, həm də növbəti mərhələyə vəsiqəni təmin edib. Digər oyunda qeydə alınan bərabərlik londonluların yolunu açıb.
 
 
Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
1 noyabr
 
E qrupu
“Liverpul” (İngiltərə) - “Maribor” (Sloveniya) - 3:0
Qollar: Salah, 49, Emre Can, 64, Staric,
 
“Sevilya” (İspaniya) - “Spartak” (Rusiya) - 2:1
Qollar: Lanqlet, 30, Baneqa, 59 - Ze Luis, 78

 
 1 Liverpul422013:38
 2 Sevilya42118:87
 3 Spartak41218:55
 4 Maribor40131:141



F qrupu
“Şaxtyor” (Ukrayna) - “Feyenoord” (Hollandiya) - 3:1
Qollar: Ferreyra, 14, Marlos, 17, Marlos, 68 - Yorgensen, 12
 
“Napoli” (İtaliya) - “Mançester Siti” (İngiltərə) - 2:4
Qollar: İnsinye, 21, Jorjinyo, 62 (pen.) - Otamendi, 34, Con Stons, 48, Aquero, 69, Sterlinq, 90+2
 

 
 1 Mançester Siti440012:312
 2 Şaxtyor43017:59
 3 Napoli41037:93
 4 Feyenord40043:120

 
G qrupu
“Beşiktaş” (Türkiyə) - “Monako” (Fransa) - 1:1
Qollar: Cenk Tosun, 53 (pen.) - Roni Lopes, 45+1
 
“Porto” (Portuqaliya) - “Leypsiq” (Almaniya) - 3:1
Qollar: Herrera, 13, Pereyra, 61, 90+3 - Verner, 48
 

 
 1 Beşiktaş43108:310
 2 Porto42029:76
 3 Leypziq41125:84
 4 Monako40223:72

 
H qrupu
“Tottenhem” (İngiltərə) - “Real” (İspaniya) - 3:1
Qollar: Delle Alli, 27, 56, Eriksen, 65 - Ronaldo, 80
 
“Borussiya” (Dortmund, Almaniya) - APOEL (Kipr) - 1:1
Qollar: Gerrero, 39 - Pote, 51
 
 
 1 Tottenhem431010:310
 2 Real Madrid42118:57
 3 Borussiya Dortmund40204:82
 4 APOEL40222:82


Şərhlər
İdman bölməsinin xəbərləri