Nazəninin verilişinə gələn qonaq nələr danışdı ? - VİDEO



“Lider TV”-nin “Dostlar, bizi unutmayın” verilişinin növbəti buraxılışı yayımlanıb.


LIVE.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı şair, filologiya elmləri doktoru, professor Vüqar Əhməd olub. İfaçı verilişdə bir çox məqamlara toxunaraq, ilk dəfə şeir yazmasından danışıb: “O vaxt Pirşağı-Fatmayı arasında bir bağımız var idi. Anam dünyasını dəyişəndən sonra o bağı satdıq. Təxminən 8-də 9-da oxuyurdum. Bağda tək qalanda şeirlər yazırdım. Balaca kitabça da tutmuşdum. Sonra filoloji təhsil alandan sonra gördüm ki, o şeirlərdə qafiya var, poeziya yoxdur, o dəftərçəni atdım. İndi mənə bir çox insanlar deyir ki, nahaq yerə yaradıcılığınızın ilk nümunələrini atmısınız. Yəni şeirlər yazırdım, heç kimə bildirmirdim. Özümü tanıdan və təcrübəli şeirimi 1981-ci ildə yazmışam. Həmin şeir “Gecələr” adlanır”.  


Daha sonra V.Əhməd bu günə qədər sənət yoluna nəzər salaraq, bir çox məqamlardan danışıb.
 
 
Qeyd edək ki, “Dostlar, bizi unutmayın” verilişi həftənin bazar günləri saat 20:00-da, təkrarı isə şənbə günü saat 17:00-da “Lider TV”-də yayımlanır.



 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri