Bakıda 23 yaşlı qadın ərini amansızlıqla öldürüb

Bakıda qətl törədilib.
 
APA-nın məlumatına görə, paytaxtın Sabunçu rayonunda 1994-cü il təvəllüdlü Tünzalə Elşad qızı Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nazim Fəxrəddin oğlu Vəliyevin başına meyvə qabını çırpıb. Nəticədə N. Vəliyev yerə yıxılıb. Bundan sonra qadın qaz balonunu bir neçə dəfə ərinin başına vuraraq onu öldürüb.
 
Hadisəni törədən T. Vəliyeva saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.шаблоны для dle 11.2
Şərhlər
Hadisə bölməsinin xəbərləri