İtaliya yığması son 60 ildə ilk dəfə dünya çempionatına vəsiqə qazana bilməyib


DÇ-2018-ə daha bir vəsiqəni əldə edən yığma bəlli olub.


Live.az-ın məlumatına görə, pley-off cavab qarşılaşmasında İtaliya ilə İsveç üz-üzə gəlib.
 

İlk görüşdə doğma meydanda qalib gələn İsveç yığması səfər oyununda bu üstünlüyünü əldən verməyib. Skandinaviyalılar qolsuz bərabərliyə nail olaraq adlarını mundiala qatılacaq komandaların sırasına yazdırıblar.

 
Dördqat dünya çempionu olan appeninlilər isə 60 ildən sonra mundiala həsrət qalıblar. Sonuncu dəfə 1958-ci ildə bu aqibətlə üzləşən İtaliya yenidən azarkeşlərini kədərə qərq edib.
 

Maraqlıdır ki, “Skuadra Adzurra” indiyədək dünya çempionu adını qazananlar arasında yeganə komandadı ki, Rusiyada oynamayacaq. Çünki Almaniya, Fransa, İspaniya, İngiltərə, Braziliya, Argentina və Uruqvay artıq mundialda oynamaq hüququna yiyələnib.
 

DÇ-2018, pley-off oyunları
Avropa zonası
Cavab qarşılaşmaları
13 noyabr
 
İtaliya – İsveç - 0:0
İlk oyun: 0:1
Şərhlər
İdman bölməsinin xəbərləri