"SOCAR Petroleum": "Aİ-98" markalı benzinin satışında fasilə 1 ay davam edəcək


Azərbaycanda "Aİ-98 Super" markalı benzinin satışında yaranmış fasilə təxminən 1 ay davam edəcək.
 
Live.az xəbər verir ki, sözügedən markalı benzinin idxalı və satışı ilə məşğul olan "SOCAR Petroleum" QSC-nin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli APA-ya bildirib ki, artıq yanacaq sifariş verilib: "Gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxtı da nəzərə alsaq, yeni yanacaq partiyası təxminən 1 ay sonra Azərbaycana gətiriləcək".
 
Ü. Həbibbəyli bildirib ki, "Aİ-98 Super" markalı benzinin satışının dayandırılmasına səbəb mənbə ölkədə - Rumıniyada qiymətin artmasıdır.
 
Şirkət rəsmisi deyib ki, "Aİ-98 Super" markalı benzin tədarük olunanadək istehlakçılar "Aİ-95 Premium" markalı benzindən istifadə edə bilərlər. "Bu qəbildən olan nəqliyyat vasitələrinin yanacaq çənində "95/98" qeydi var. Beləliklə, sürücülərimiz rahatlıqla "Aİ-98" markası olmadığı təqdirdə "Aİ-95" markasından istifadə edə bilərlər".

Onun sözlərinə görə, "Aİ-95 Premium" markalı benzinin 1 litrinin qiyməti 1,15 manat, "Aİ-98 Super" markalı benzinin 1 litri isə 1,30 manat təşkil edir.
 
Ü.Həbibbəyli əlavə edib ki, son zamanlar "Aİ-98 Super" markalı benzinə tələbat artıb: "Konkret bir statistika olmasa da, deyə bilərəm ki, tələbat ciddi şəkildə artıb".шаблоны для dle 11.2
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri