Bu il Azərbaycandan Gürcüstana 20 milyon dollara yaxın pul köçürülüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana köçürülən pul vəsaitlərinin həcmi 19,9 milyon dollar təşkil edib.

Live.az Report-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib.

On bir ayda Azərbaycandan qonşu ölkəyə daxil olan pul köçürmələrinin həcmi illik müqayisədə 1,6 milyon dollar və ya 8,74% artıb.

Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 12,8 milyon dollar köçürülüb ki, bu da ötən ilin analoji göstəricisindən 1,7 milyon dollar, yaxud 15,3% çoxdur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri