Son 3 gündə Kür çayında suyun səviyyəsi azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) respublikanın çaylarında və transsərhəd çaylarında olan mövcud vəziyyəti açıqlayıb.



ETSN-in mətbuat xidmətindən Milli Hidrometeorologiya Departamentin APA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-160, Kiçik Qafqazın çaylarında 70-150, Lənkəran-Astara bölgəsi çaylarında 30-190, Naxçıvan MR çaylarında isə 35 faizini təşkil edir.



Martın 01-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 151 m3/s olmaqla, ongünlük normanın 62 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 61 m3/s olmaqla, ongünlük normanın 74 faizini təşkil edir.


Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 7 sm, Şirvanda 10 sm, Salyanda 6 sm, Bankədə 1 sm, Araz çayının Novruzlu məntəqəsində isə 11 sm azalma müşahidə olunub.

Şərhlər
Sosial bölməsinin xəbərləri