Brilliant Dadaşova master klass keçdi

Brilliant Dadaşova master klass keçdi Xalq artisti Brilliant Dadaşova gənclərə musiqi dərsləri keçib.

ANS-in məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə "Addım" Yaradıcı Gənclər Assosiyasiyası hazırda Bakıda Modern Art Academy adlı treninqlər layihəsi gerçəkləşdirir.

Layihə çərçivəsində müassir incəsənət sahələri üzrə gənclərə ödənişsiz olaraq yerli və xarici peşəkarların iştirakı ilə ustad dərsləri həyata keçirilir. Bu günlərdə layihəyə qoşulan xalq artisti Brilliant Dadaçovanın da vokal sənəti üzrə gənclərə ustad dərsləri gerçəkləşib. Müğənninin dərsləri gənclərin inanılmaz marağı ilə qarşılanıb.

3 saat davam edən ustad dərslər ərzində xalq artisti layihəyə qatılan hər bir gəncin ifasını dinləyib və tövsiyyələr verib. O öz təcrubəsi və yaradıcılığı ilə bağlı fikirlərini gənclərlə bölüşərək onları şou biznes adamı yox, keyfiyyətli musiqiçi olmağa çağırıb. Daha sonra dərsləri Rusiyalı vokal məşqçisi davam etdirib.

Qeyd edək ki layihə çərçivəsində Amerika, Hollandiya, Türkiyədə, Gürcüstandan gələn müəllimlər model, dj, foto və vokal sənəti üzrə ustad dərslər keçirlər.



Brilliant Dadaşova master klass keçdi
Brilliant Dadaşova master klass keçdi
Brilliant Dadaşova master klass keçdi
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri