Ukraynanın baş prokuroru: “Yanukoviç və yaxın ətrafı təkcə Rusiyaya 32 milyard dollar pul aparıb”

Ölkədən qaçan Ukraynanın keçmiş prezidenti və onun yaxın ətrafı Rusiyaya azı 32 milyard dollar pul aparıb.

APA-nın xəbərinə görə, bunu Britaniyanın nüfuzlu “Financial Times” qəzetinə açıqlamasında Ukraynanın baş prokuroru Oleq Maxnitski deyib.
 
O. Maxnitski bildirib ki, Rusiya Federasiyası V. Yanukoviç, eləcə də keçmiş baş prokuror Viktor Pşonka və keçmiş daxili işlər naziri Vitali Zaxarçenkonu rəsmən gizlədir: “Rusiyanın baş prokuroru Yuri Çayka açıq bəyan edib ki, Rusiya onları təhvil verməyəcək. Son operativ məlumatlara əsasən təkcə Rusiyaya bu şəxslər tərəfindən 32 milyard ABŞ dolları aparılıb”. 
 
Baş prokuror qeyd edib ki, Avstriya, Lixtenşteyn və İsveçrə kimi ölkələr oğurlanaraq ölkədən kənara çıxarılan pullarla bağlı Ukrayna tərəfinin sorğularına cavab verib. İsveçrə tərəfinin bildirdiyinə görə, 2012-ci ilin sonuna olan məlumata əsasən bu ölkə banklarında Ukrayna mənşəli 2 milyard dollar pul saxlanılır. O. Maxnitski aparılan istintaq çərçivəsində Ukrayna bank sistemində şübhəlilər Viktor Yanukoviçə, prezident administrasiyasının sabiq rəhbəri Andrey Klyuyevə, sabiq aqrar siyasət və ərzaq naziri Nikolay Prisyajnyuka aid 1 milyard 300 milyon qrivna, 9,6 milyon dollar və 214 min avro vəsaitə, eləcə də bu şəxslərin əmlakına həbs qoyulduğunu söyləyib.
 
O. Maxnitski Yanukoviç və ətrafının oğurladığı pulların ölkədə separatizmin və qətllərin maliyyələşdirilməsinə sərf olunduğunu açıqlayıb.   шаблоны для dle 11.2
Şərhlər
Avtomobil bölməsinin xəbərləri

Mercedes-dən tarixi rekord

  • 24 янв, 22:36