Bakıda baş verən yanğın nəticəsində ölənlərdən 11 nəfərin kimliyi məlum olub

Bakıda baş verən yanğın nəticəsində ölənlərdən 11 nəfərin kimliyi məlum olub Bakıda baş verən yanğın nəticəsində ölən 14 nəfərdən daha 7 nəfərin şəxsiyyəti müəyyənləşib.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev bildirib ki, onlar Məhərrəmova Fərəh Elnur qızı (3 yaş), Bağırov Sahib Rəhim oğlu (49 yaş), Bağırova Firəngiz Rəhim qızı (60 yaş), Şirinova Zülfiyyə Yavər qızı (43 yaş) və Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş), Eyvazov Davud Hamir oğlu (16 yaş), Eyvazova Ülkər Hamir qızıdır (21 yaş). Ölənlərdən Bağırova Firəngiz Rəhim qızı ilə Bağırov Sahib Rəhim oğlu, Eyvazov Davud Hamir oğlu ilə Eyvazova Ülkər Hamir qızı qardaş-bacıdırlar..

Qeyd edək ki, bundan əvvəl ölənlərdən 4-nün şəxsiyyəti müəyyənləşib. Onlar Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş) idi.

Bununla ümumilikdə yanğın nəticəsində ölənlərdən 11 nəfərin şəxsiyyəti müəyyənləşib.

APA-nın əldə etdiyi məlumata görə, ölən 14 nəfərdən 5-i azyaşlıdır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri