Four Seasons Hotel Baku-da yeni baş aşbaz Kjell Kollinin təqdimatı keçirildi
- 21.05.2015, 23:56,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Four Seasons Hotel Baku-da yeni baş aşbaz Kjell Kollinin təqdimatı keçirildi
Four Seasons otelin doqquzuncu mərtəbəsində yerləşən Kaspia Restoranında otelin yeni baş aşpazı Kjell Kollin təqdimatı baş tutdu.
Təqdimatda Baş aşbaz Kjell qonaqlara öz haqqında ətraflı məlumatı, Kaspia Restoranının yeni menyusu və otelin nəznində fəaliyyət göstərən restoran və barlarda gözlənilən yeniliklərdən xəbər verdi.
Tədbirə gələn qonaqlara Kaspi Restoranın yeni menyusundan olan ləziz təamlar təqdim olundu.
Təklif olunan yeməklər içərisində: Fua Qra (Qaz Ciyəri) Terrin, Qızardılmış Gambas Krevetləri, Karamelləşdirilmış Soğan Şorbası, Dana əti və Lobster var idi.
Four Seasons Hotel Baku daim qonaqları üçün unudulmaz bir təcrübə yaşadır və otelin baş aşbazının yaratdığı ləziz təamları dadmaq üçün sizin yolunuzu gözləyir.
Özünün 25 illik karyerası ərzində öz həyat yoldaşı Yuki ilə bütün dünyanı gəzib dolaşan baş aşpaz Kollin bildirir: "Mən Four Seasons ailəsinin üzvü olmaqdan məmnunam. Mənim əsasə məqsədim aşpazlarımız və qonaqlarımız ilə öz təcrübə və biliklərimlə bölüşməkdir".
(adv)