AZAL-ın Xidmət rəisi Məhərrəm Səfərli vəzifəsindən azad olunub
- 22.05.2015, 14:54,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Hava Yolları” QSC-nin Xidmət rəisi Məhərrəm Səfərli tutduğu vəzifədən azad olunub.
Bu barədə “APA-ya M. Səfərli özü bildirib.
M. Səfərli qeyd edib ki, o, vəzifəsindən öz xahişi ilə azad olunub.
“1977-ci ildən SSRİ, 1992-ci ildən Azərbaycan Jurnalistlər İttifaqının üzvüyəm. Bununla yanaşı, Həsən bəy Zərdabi mükafatının laureatı və Beynəlxalq Jurnalistlər İttifaqının üzvüyəm. Yenidən mətbuata qayıtmaq fikrim var. Hələlik təklifləri dəyərləndirirəm”, - deyə o qeyd edib.