Azərbaycan FHN: Poliuretanlə üzlənmiş 250-dən artıq binanın ətrafında təhlükəsizliyi təmin etmək üçün növbə çəkilir
- 22.05.2015, 20:55,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi respublikanın şəhər və rayonlarında poliuretan materialla üzlənmiş binaların mühafizəsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Bakı Regional Mərkəzinin ümumilikdə 460 əməkdaşı hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şabran, Xaçmaz, Qusar, Şəmkir, Qazax, Ağcabədi, Beyləqan, Bərdə, Yevlax, Göyçay, Goranboy, Neftçala, Şirvan, Lənkəran və Astara şəhərləri üzrə poliuretan materialla üzlənmiş 250-dən artıq binanın ətrafında təhlükəsizliyin təmin edilməsi məqsədilə növbə çəkir.
Bundan əlavə, ölkə üzrə ümumilikdə 43 yanğınsöndürmə avtomobili heyəti ilə həmin binaların mühafizəsinə cəlb olunmaqla fasiləsiz növbə çəkir.
Nazirlik zərurət yarandıqda bu məqsədlə ayrılan şəxsi heyət və texnikanın sayı artırılmasına da potensialı olduğunu qeyd edib.