Elmar Məmmədyarov: "Azərbaycan Avropa İttifaqı ilə münasibətlərinə ikitərəfli əlaqələr prizmasından baxır"
- 23.05.2015, 16:31,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycanın niyyəti Avropa İttifaqı ilə münasibətləri qarşılıqlı ikitərəfli formatda qurmaqdır, belə də edir".
APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xəzər və Qara dəniz Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun Baş Assambleyası və Direktorlar Şurasının Bakıda keçirilən 14-cü iclasında deyib.
Nazir keçmiş sovet SSRİ ölkələrinin Avropa İttifaqı ilə münasibətlərindəki fərqə də toxunub: “Bu ölkələr Avropa İttifaqı ilə müxtəlif əməkdaşlıq formatını seçib. Gürcüstan, Moldova və Ukrayna qərar verib ki, Avropa İttifaqı ilə assosiativ saziş çərçivəsində əməkdaşlıq etməlidirlər. Belarus və Ermənistan lokomotivi Rusiya olan Avrasiya İqtisadi İttifaqını seçib. Azərbaycan isə Avropa İttifaqı ilə münasibətlərinə ikitərəfli əlaqələr prizmasından baxır. Eyni zamanda Azərbaycanın Avropa İttifaqının bütün üzvləri ilə sıx münasibətləri var.
Avropa İttifaqı ilə tərəfdaşlıq haqqında yeni saziş layihəsini Riqada təşkilatın rəhbərliyinə təqdim etdim. Burda da söhbət bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıqdan gedir”.