“Eurovision 2015” mahnı müsabiqəsinin qalibi İsveç təmsilçisi Mons Selmerlev olub

“Eurovision 2015” mahnı müsabiqəsinin qalibi İsveç təmsilçisi Mons Selmerlev olub Mayın 23-də Avstriyanın Vyana şəhərində "Wiener Stadthalle" arenada “Eurovision 2015” mahnı müsabiqəsinin final şousu keçirilib.

Final mərhələsində 27 ölkə təmsilçisi ardıcıl olaraq öz səhnə perfomanslarını nümayiş etdiriblər.

Azərbaycan təmsilçisi Elnur Hüseynov səhnəyə 24-cü çıxaraq “Hour of the Wolf” mahnısını səsləndirib.

İştirakçıların səhnəyə aşağıdakı ardıcıllıqla çıxaraq öz səhnə perfomanslarını nümayiş etdiriblər:
1. Sloveniya, 2. Fransa, 3. İsrail, 4. Estoniya, 5. Böyük Britaniya, 6. Ermənistan, 7. Litva, 8. Serbiya, 9. Norveç, 10. İsveç, 11. Kipr, 12. Avstraliya, 13. Belçika, 14. Avstriya, 15. Yunanıstan, 16. Monteneqro, 17. Almaniya, 18. Polşa, 19. Latviya, 20. Rumıniya, 21. İspaniya, 22. Macarıstan, 23. Gürcüstan, 24. Azərbaycan, 25. Rusiya, 26. Albaniya, 27. İtaliya.

Qeyd edək ki, Avstriya, Almaniya, Fransa, Böyük Britaniya, İspaniya, İtaliya və Avstraliya finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələrdir (Avstraliya təmsilçisi “Eurovision” mahnı müsabiqəsinin 60 illik yubileyi münasibəti ilə fəxri qonaq qismində çıxış edib).

Final şousunda həmçinin ötən il Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Eurovision-2014” mahnı müsabiqəsininin avstriyalı qalibçisi Konçita Vurst “Rise Like a Phoenix” mahnısını təqdim edib.

“Eurovision 2015” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında, proqnozlara uyğun olaraq, İsveç təmsilçisi Mons Selmerlev olub. O ölkələrin çoxundan 12 xal alıb.

Qeyd edək ki, Çexiya Azərbaycana 12 bal verib.

Gürcüstan ölkəmizə 10 xal təqdim edib.

Monteneqro, Malta 8 bal verib.

Azərbaycan isə 8 balı İtaliyaya, 10 balı Gürcstana, 12 balı isə Rusiyaya verib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri