Hindistanda anomal istidən ölənlərin sayı 1100 nəfəri keçib

Son məlumata görə, Hindistanın cənubunda hökm sürən anomal isti hava 1118 nəfərin ölümünə səbəb olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Hindistanın Meteoroloji Departamentinin məlumatında bildirilir.

Məlumata görə, anomal isti hava səbəbindən ən çox ölüm halları Andxra Pradeş ştatında qeydə alınıb – 852 nəfər. Telanqana ştatında isə 266 nəfər istilərin qurbanı olub. Andxra Pradeş ştatında 44,8 dərəcə isti qeydə alınıb. Telanqana ştatında isə temperatur rekordu 46,8 dərəcə təşkil edib.

Sinoptiklər anomal istilərin 2 gün davam edəcəyini proqnozlaşdırıblar.
Şərhlər
Dünya bölməsinin xəbərləri