ABŞ-da aparılan istintaq çərçivəsində İsveçrədə həbs olunan FİFA nümayəndələrinin sayı 9-a çatıb

ABŞ-ın tələbi ilə İsveçrədə həbs olunan FİFA nümayəndələrindən 4-ü günahını etiraf edib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu ABŞ Ədliyyə Nazirliyi açıqlayıb.

Nazirlikdən bildiriblər ki, 4 FİFA məmuru və qurumun 2 keçmiş əməkdaşı irəli sürülən ittihamlar üzrə özlərini günahkar saydıqlarını bildiriblər. Bu şəxslərin adları açıqlanmır.


****


ABŞ-ın tələbi ilə İsveçrədə korrupsiya ittihamı əsasında həbs olunan FİFA nümayəndələrinin sayı 9-a çatıb.

APA-nın “The New York Times”a istinadən verdiyi xəbərə görə, həbs olunan şəxslər aşağıdakılardır: Vitse-prezident Ceffri Uebb, sabiq vitse-prezident Cek Uorner, Euhenio Figeredo,Eduardo Li, Xulio Roça, Kostas Takkas, Rafael Eskevel, Xose Mariya Marin və Nikolas Leos. Bundan başqa, FİFA-da idman marketinqi ilə məşğul olan Alexandro Burzako, Aaron Devidson və Mariano Cinkis, eləcə də qanunsuz sövdələşmələrdə vasitəçi olduğu bildirilən Xose Marqulisə qarşı da ittiham irəli sürülüb. İttiham olunanların arasında FİFA prezidenti Yozef Blatterin adlı yoxdur.

Əməliyyat Sürix şəhərindəki beşulduzlu otellərin birində keçirilib.

Qeyd edək ki, iş üzrə istintaq ABŞ-da aparılır. Cinayət işi barədə ABŞ-ın baş prokuroru Loretta Linç, Federal Təhqiqatlar Bürosunun (FBİ) rəhbəri Ceyms Komi və ABŞ Vergi Xidmətinin kriminal şöbəsinin rəhbəri Riçard Ueber tərəfindən Bruklində (Nyu-York) keçiriləcək mətbuat konfransında rəsmi açıqlama veriləcək. ABŞ xüsusi xidmət orqanlarının onillər boyunca FİFA-dakı rüşvətxorluq və korrupsiya ilə bağlı təhqiqat apardıqları və FİFA-nın amerikalı üzvü Çarlz Bleyzerin istintaqla əməkdaşlığa razı olmasından sonra konkret sübutlar əldə etdikləri və hərəkətə keçdikləri bildirilir.
Şərhlər
İdman bölməsinin xəbərləri