Cəlal Qasımov “PASHA Holding”in Bankinq qrupunun rəhbəri təyin olunub
- 27.05.2015, 18:44,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Unibank”ın keçmiş icraçı direktoru Cəlal Qasımov “PASHA Holding”ə təyinat alıb.
APA-nin xəbərinə görə, C. Qasımov Baş icraçı direktorun müavini, Bankinq Qrupun (Banking Group) rəhbəri təyin olunub.
O vəzifəsinin icrasına cari ilin may ayından etibarən başlayıb.
Qeyd edək ki, C. Qasımov 2013-cü ilin mart ayında “Unibank”ın icraçı direktoru təyin olunub. O, bu vəzifədə 2015-ci ilin aprel ayına qədər çalışıb.
Hazırda bu vəzifəni Xalid Əhədov tutur.