İspaniyanın “Sevilya” klubu Avropa Liqasının qalibi olub

Avropa Liqasında 2014/15 mövsümünün final qarşılaşması keçirilib.

Polşanın paytaxtı Varşavada baş tutmuş matçda Ukraynanın “Dnepr” və İspaniyanın “Sevilya” klubları üz-üzə gəlib.

İlk dəfə avrokubokların finalına yüksələn Dnepropetrovsk təmsilçisinin bundan artığına gücü çatmayıb. “Dnepr”in “Dinamo” və “Şaxtyor”un ardından avrokubok sahibi olan 3-cü Ukrayna klubu olmaq xəyalları baş tutmayıb.

“Sevilya” isə kuboku başı üzərinə qaldıraraq tarixə düşüb. İspaniya təmsilçisi yarışın qalibi adını 4 dəfə qazanan ilk klub olub. İtaliya təmsilçiləri “Yuventus” və “İnter”, həmçinin İngiltərə “Liverpul”unu qabaqlayan "andalusiyalılar" həmçinin son iki çempionluğu ardıcıl qazanıblar.

Final
27 may

“Dnepr” (Ukrayna) – “Sevilya” (İspaniya) - 2:3
Qol: Kaliniç, 6, Rotan, 44 - Krikovyak, 28, Bakka, 31, 73
Şərhlər
İdman bölməsinin xəbərləri