Fransa XİN: FİFA prezidentliyinə seçkilər təxirə salınmalıdır

FİFA prezidenti vəzifəsinə seçkiləri təşkilatdakı korrupsiya qalmaqalına görə təxirə salmaq lazımdır. Trend-in "France İnter" radiostansiyasına istinadən verdiyi məlumata görə, bunu Fransanın xarici işlər naziri Loran Fabius deyib.

Onun sözlərinə əsasən, vəziyyəti öyrənmək üçün vaxt lazımdır və seçkilərin təxirə salınması məntiqli olardı: "Bu mənim şəxsi fikrimdir".

Qeyd edək ki, dünən FİFA-nın 9 məmuruna və hazırda təşkilatda işləməyən daha 5 nəfərə rəsmi olaraq korrupsiya ittihamı irəli sürülüb.
Şərhlər
Dünya bölməsinin xəbərləri