ABŞ Senatı aparatının keçmiş əməkdaşı 500 min dollarlıq dələduzluqda ittiham olunur

ABŞ Senatı aparatının ticarət, elm və nəqliyyat komitəsinin 65 yaşlı sabiq əməkdaşı Robert Li Fosterə qarşı 500 min dollar məbləğində dələduzluq ittihamı irəli sürülüb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumata görə, Foster 2008-ci ildən 2015-ci ilin mayınadək cinayət yolu ilə külli məbləğdə pul vəsaitləri və mülkiyyət mənimsəyib. Onun əməllərindən azı üç qadın zərər çəkib.

Robert Li Fosterin qurbanları qarşısında etimad qazanmaq məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi qeyd olunur. Aldatma yolu ilə o bu şəxsləri pullarını onun adına köçürməyə çağırıb.

Cinayət işi üzrə istintaq Federal Təhqiqatlar Bürosu tərəfindən aparılıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri