"Sınıq Körpü" gömrük postunda tapança və "beşbarmaq"lar aşkar edilib
- 31.05.2013, 19:10,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda həyata keçirilən gömrük nəzarəti zamanı bir sıra vətəndaşların əl yüklərindən silah-sursat aşkar edilərək götürülüb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşı Agavat Nəsibovun idarə etdiyi "Opel Astra" markalı nəqliyyat vasitəsində sərnişin qismində gələn Təranə Qurbanovaya məxsus əl çantalarına gömrük baxışı zamanı, həmin nəqliyyat vasitəsinin yük hissəsində plastik qutuda - üzərində 9 mm "Zoraki-Mod.914" yazılmış 1 ədəd tapança, nəqliyyat vasitəsinin salonunda arxa oturacağın altından isə 1 ədəd daraq və 14 ədəd 9 mm kalibrli patron aşkar edilib.
Türkiyə və Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşları Kərim Şərifov və Aqşın Ağayevə məxsus əl çantalarına "Smiths HS-100100 T-is" markalı X-RAY detektoru ilə gömrük baxışı zamanı isə Şərifovdan 1 ədəd, Ağayevdən isə 3 ədəd "beşbarmaq" aşkar olunub.