“Absheron Hotel Group” Azərbaycan paytaxtında sayca dördüncü hotelini istifadəyə verib – “BOULEVARD BAKU”

“Absheron Hotel Group” Azərbaycan paytaxtında sayca dördüncü hotelini istifadəyə verib – “BOULEVARD BAKU” Adını dənizkənarı parkdan almış və Bakı buxtasında, şəhər mərkəzindən şərqdə yerləşən “Boulevard Hotel” qonaqlara 818 ecazkar rahatlığa malik otaqlar təklif edir. Bakının “Ağ Şəhər”qəsəbəsinin tam mərkəzində qərarlaşan və paytaxtı Heydər Əliyev Beynəlxalq Aeroportu ilə birləşdirən əsas magistral yolun üzərində yerləşən “Boulevard Hotel” Azərbaycanda ən böyük konfrans tutumuna malik hotel kimi fəaliyyət göstəriri. “Boulevard Hotel” paytaxtın başlıca işgüzar və mədəni mərkəzlərinə tez bir zamanda çatmaq üçün əlverişli nöqtədə yerləşir və qonaqlara vaxtın səmərəli keçirilməsi üçün hər cür imkanlar təklif edir.


Hotel idarəçiliyi üzrə yeni fəaliyyətə başlamış “Absheron Hotel Group” tərəfindən idarə olunan “Boulevard Hotel Baku” mehmanxanası şirkətin Azərbaycanda açılan dörd hotelindən biridir. Birinci hotel 2013-cü ilin dekabr ayında “Şahdağ” yay-qış turizm kompleksində açılışı baş tutmuş və “Absheron Hotel Group”un flaqmanına çevrilən “Pik Palace Şahdağ” (167 otaq) hotelidir. Digər iki hotel isə “Park Chalet Şahdağ” (164 otaq) və “Intourist Hotel Baku” (150 otaq) hotellərdir.


Bakı dənizkənarı bulvarı boyunca, şəhərin əsas əyləncə və istirahət obyektlərinin yaxınlığında yerləşən “Boulevard Hotel Baku”da qonaqlara 818 ecazkar rahatlığa malik otaq təklif olunur. Hotelin qonaq otaqları döşəmədən tavanadək olan pəncərələrindən Xəzər dənizinə açılan möhtəşəm mənzərələri, işgüzar və ya istirahət məqsədilə gələn qonaqların rahatlığını təmin edəcək müasir üslublu mebel və komfortlu yataqları ilə öyünə bilər.


Hotelin restoranlarından biri olan “a la carte” sistemli və açıq havada yerləşən terrasa malik “Black City Café”dir. Qonaqlara müxtəlif növ mətbəx nümunələri təklif edən kafe əsasən burger və steyk üzrə ixtisaslaşıb. “Black City Café” dostlarla yığışmaq və ya özəl tədbirlər keçirmək üçün əla məkandır.


“The White City Lounge” sözügedən hotelin lobbisində yerləşən və 24 saatlıq xidmət təklif edən eleqant məkandır. Burada kiçik restoran, bar, istirahət üçün rahat qoltuqlu kürsülər və açıq havada Xəzər dənizi mənzərəli terras yerləşir.


“The Green House Kitchen” isə hotelin əsas restoranı olaraq qonaqlara beynəlxalq səhər yeməyi bufeti, nahar və lanç üçün Aralıq dənizi mətbəxi nümunələrini təklif edir. 450-dək ziyarətçini qəbul etmək imkanında olan restoran qonaqlar üçün açıq mətbəxə malikdir. Restoranın interyeri təbiətin gözəlliyini ehtiva etməklə “Baku White City” ərazisinin Xəzər dənizi sahilində yerləşən ekoloji baxımdan təmiz və ən cazibədar əraziyə çevrilməsi tarixini təcəssüm etdirir.


Hotelin sağlamlıq mərkəzi ən müasir tələblərə cavab verən fitnes və Sap xidmətləri təklif edir. Burada 25 metrlik qapalı üzgüçülük hovuzu, sauna, hamam və ən müasir ləvazimatlarla təchiz olunmuş idman zalı fəaliyyət göstərir. Hotelin əlverişli ərazidə yerləşməsi sayəsində qonaqlar Bakı Bulvarı boyunca qaça və Xəzər dənizinə açılan gözəl mənzərədən zövq ala bilərlər.


“Boulevard Hotel Baku”da fəaliyyət göstərən spa mərkəzi qonaqlara fiziki, zehni və ruhən cavanlaşmağa, qüvvələrini bərpa etməyə imkan verəcək xidmətlər təklif edir. Spa mərkəzinin menyusuna müalicəvi masajdan başlayaraq, Böyük Britaniyanın aparıcı dəbdəbəli spa və dəriyə qulluq vasitələri istehsalçısı olan “Elemis” məhsulları ilə dəri üçün nəzərdə tutulmuş prosedurlarıda özündə birləşdirən müxtəlif növ xidmətlər daxildir. Məhz bu xidmətlər sayəsində qonaqlar gündəlik yorğunluq və stressdən azad ola biləcəklər.


“Boulevard Hotel Baku” iştirakçılarının sayı 1 000-dən çox müxtəlif formatlı tədbirlərin keçirilməsi üçün ümumi ərazisi 1 300 kvadrat metr olan böyük, sütunsuz və gün işığı ilə işıqlanan ziyafət zalını qonaqlara təqdim edir. Ziyafət zalı 500 nəfərlik toy mərasimləri və 700 nəfərlik qala gecələrin təşkil olunması üçün hər cür şəraitə malikdir. Binanın içərisində yerləşən ecazkar bağça, foye və nisbətən kiçik sahəyə malik altı otaq hotelin möhtəşəm ab-havasını tamamlayır. Kiçik otaqlar müxtəlif miqyaslı görüşlərin, treninqlərin, təqdimatların, müsahibə və özəl şam yeməklərin keçirilməsi üçün nəzərdə tutulub.


“Absheron Hotel Group” Azərbaycan paytaxtında sayca dördüncü hotelini istifadəyə verib – “BOULEVARD BAKU”
“Absheron Hotel Group” Azərbaycan paytaxtında sayca dördüncü hotelini istifadəyə verib – “BOULEVARD BAKU”
“Absheron Hotel Group” Azərbaycan paytaxtında sayca dördüncü hotelini istifadəyə verib – “BOULEVARD BAKU”
Şərhlər
Sosial bölməsinin xəbərləri