Pan Gi Mun: "Mən Azərbaycanın fəal iştirakına və rəhbərliyinə arxalanmağa davam edəcəyəm"

Pan Gi Mun: "Mən Azərbaycanın fəal iştirakına və rəhbərliyinə arxalanmağa davam edəcəyəm" BMT-nin baş katibi Pan Gi Mun Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Bu il BMT 70 illiyini qeyd edir. Bu, bizdə quruculuq işlərinə dair öhdəliyimizi yeniləmək, sülh, inkişaf və insan hüquqları ilə bağlı səylərimizi ikiqat artırmaq məsuliyyəti yaradır. Əminəm ki, bizim sabit inkişafla bağlı birgə səylərimiz bütün dünyanın mənafeyinə əhəmiyyətli və davamlı töhfə verəcək.

Hər bir ölkə bizim birgə səylərimizə özünməxsus töhfə verir. Mən Azərbaycanın fəal iştirakına və rəhbərliyinə arxalanmağa davam edəcəyəm. Ümumi məqsədlərdə inkişafa yalnız birgə səylərlə nail olmaq mümkündür.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".
Şərhlər
Siyasət bölməsinin xəbərləri