Azərbaycan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşı tabel silahı ilə başından atəş açaraq özünü öldürüb

Azərbaycan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşı tabel silahı ilə başından atəş açaraq özünü öldürüb Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşı intihar edib.


Bu barədə APA-ya Bakının Nizami Rayon Polis İdarəsindən bildirilib.
 

Hadisə bu gün Nizami rayonu, Keşlə qəsəbəsi, Yeni kənd küçəsi 22/13 ünvanında qeydə alınıb. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Səbail rayon mühafizə hissəsində mülki mühafizəçi vəzifəsində çalışan, 1966-cı il təvəllüdlü Şahbazov Muxtar Zakir oğlu tabel silahı ilə başına atəş açaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 
Polisdən həmçinin bildirilib ki, mərhum “Nikoyl Bank”da mühafizəçi işləyirmiş.
 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 
Şərhlər
Hadisə bölməsinin xəbərləri