"Tissot Basketbol Media Kuboku 2015" turniri keçirildi
- 01.06.2015, 18:58,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Turnirin təşkilatçıları Tissot brendinin Azərbaycandakı rəsmi nümayəndəsi, ANS Şirkətlər Qrupuna daxil olan VMF Şirkəti və Azərbaycan Basketbol Federasiyasıdır. Tissot kuboku uğrunda ANS TV, ANS ÇM, Lider TV, Az TV, İdman Azərbaycan, Mədəniyyət, İTV kimi media nümayəndələri yarışıb. DJ Twist isə yarışa özünəməxsus ahəng qatıb.
Matçın qalibi Az TV-nin komandası olub. Komanda buna görə kubokla təltif edilib. Klubun üzvlərinə isə Tissot brendinə aid saatlar hədiyyə edilib. Eyni zamanda tamaşaçılara da idman ruhunu hiss etmək üçün imkan yaradılıb. Fasilələr zamanı sahəyə çıxan izləyicilər hədiyyəli yarışlarda iştirak edib, Tissot-dan hədiyyələr qazanıblar.
Qeyd edək ki, turnirin Tissot-un himayəsi altında keçirilməsi səbəbsiz deyil.
Belə ki, 1853-cü ildən yaranan dünyaca məşhur İsveçrə saat brendi nüfuzlu idman yarışlarının rəsmi vaxt nəzarətçisidir və moto yarışlara, velosiped yarışlarına, basketbol, futbol kimi aktiv idman növlərinə sponsorluq edir. Hazırda bütün Avropanın maraqla gözlədiyi 1-ci Avropa Oyunlarının rəsmi xronometri də məhz Tissot-dur. Bu münasibətlə Tissot Oyunların simvolunu özündə əks etdirən xüsusi Quickster modeli istehsal edib.