Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı sərəncam imzaladı Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Prezident Administrasiyasına Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etmək, habelə jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri 1 ay müddətində prezidentə təqdim etmək tapşırılıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri