Putin Avropa Oyunlarında rusiyalı idmançılardan yüksək nəticələr gözləyir

"Bakıda keçiriləcək ilk Avropa Oyunlarının proqramına daxil olan yarışlardan 11-i Rio olimpiadası və paralimpiadasına seçmə xarakteri daşıyır. Atlerimizin hazırlığı artıq indidən yüksək olmalıdır".

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Bədən Tərbiyəsi və İdman Şurasının iclasında deyib.

Qeyd edək ki, I Avropa Oyunları bu il iyunun 12-28-də, Rio-de Janeyroda Olimpiya Oyunları isə 2016-cı il avqustun 5-21-də keçiriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri