ABŞ dövlət katibi Bostonda əməliyyat olunub
- 03.06.2015, 02:02,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fransada velosiped gəzintisi zamanı ayağının sındıran ABŞ dövlət katibi Con Kerri Bostonda əməliyyat olunub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Mari Xarf bildirib.
“Mən təsdiq edə bilərəm ki, o artıq əməliyyat otağını tərk edib və onun səhhəti yaxşıdır”, deyə Xarf qeyd edib.
Dövlət Departamentinin nümayəndəsi dövlət katibinin sağalma müddətinin nə qədər çəkəcəyini açıqlamaqdan boyun qaçırıb.
Qeyd edək ki, insident ötən bazar Fransanın Syonze şəhərində (Cenevrə yaxınlığında) baş verib. Con Kerri velosiped gəzintisində dönmə zamanı yıxılıb, nəticədə ayağı sınıb.