Gəncədə məktəbli özündən 43 yaş böyük taksi sürücüsünü bıçaqlayıb
- 01.06.2013, 02:11,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini 1954-cü il təvəllüdlü, taksi sürücüsü İlham Əhmədov bel nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə mayın 28-də Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 59 yaşlı İ. Əliyevi bıçaqlayan şəxs bir gün sonra saxlanılıb.
Məlum olub ki, taksi sürücüsünə soyuq silahla xəsarət yetirən şəxs Gəncə şəhər sakini, 9-cu sinif şagirdi, 1997-ci il təvəllüdlü R. Əliyevdir.
Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, məktəbli ilə ondan 43 yaş böyük olan taksi sürücüsü arasında anlaşılmazlıq baş verib, sonda məktəbli bıçağa əl atıb.
Faktla bağlı araşdırma aparılır.