Bakının bəzi mərkəzi prospekt və küçələrində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır
- 03.06.2015, 10:32,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağınadək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.
Bu barədə APA-ya Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən məlumat verilib.
Məlumata görə, eyni zamanda Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.
Bu, 12 iyunda başlanacaq Bakı-2015 Avropa Oyunlarından öncə həmin gün Olimpiya Stadionunda keçiriləcək sınaq tədbiri ilə əlaqədardır.