Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər təsdiqlənib
- 04.06.2015, 11:13,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun tətbiq edilməsi barədə” 2000-ci il 29 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
APA-nın məlumatına görə, “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanın 3.3-cü bəndindən “253-1.3-cü” sözləri çıxarılıb, habelə 3.3-2-ci bənd əlavə edilib:
“Həmin Məcəllənin 253-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sərhəd sığorta müqaviləsinə və Azərbaycan Yaşıl Kartı növünə münasibətdə - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır”.